...

İstirahət günü Bakıda hava necə olacaq?

Cəmiyyət Materials 8 Fevral 2013 12:59 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 9-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir çiskinli az yağış yağacağı gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
İstirahət günü Bakıda hava necə olacaq?

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Sabah Bakıda hava buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 9-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir çiskinli az yağış yağacağı gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 9-da hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8, bəzi yerlərdə 10 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti