...

Baş Prokurorluq Tovuzda baş vermiş intiharla bağlı rəsmi məlumat yayıb

Cəmiyyət Materials 12 Fevral 2013 16:28 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 8-də saat 12:00 radələrində Tovuz rayonunun Qaralar kənd sakini, 1941-ci il təvəllüdlü Məmmədov Kamil Həsən oğlu yaşadığı evdə tüfənglə atəş açaraq özünü öldürüb.
Baş Prokurorluq Tovuzda baş vermiş intiharla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İzzət/

Tovuz rayonunda baş vermiş intiharla əlaqədar cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 8-də saat 12:00 radələrində Tovuz rayonunun Qaralar kənd sakini, 1941-ci il təvəllüdlü Məmmədov Kamil Həsən oğlu yaşadığı evdə tüfənglə atəş açaraq özünü öldürüb.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və kompleks məhkəmə-tibbi-bioloji, tibbi-kriminalistik və ballistik ekspertizaları təyin edilib.

Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti