Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İzzət/
Nazir Ramil Usubovun bölgələrdə qəbulu keçiriləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən cari ilin mart ayının 9-da Bərdə rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Nazirin qəbuluna Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, Tərtər, Naftalan, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd və Xocalı rayonlarının sakinləri yazıla bilərlər.
Qəbul Bərdə rayon polis şöbəsində keçiriləcək və saat 11:00-da başlayacaq.