...

Son 20 ildə Azərbaycanda 9092 nəfərə elmi dərəcə, 5318 nəfərə elmi ad verilib

Cəmiyyət Materials 21 Fevral 2013 14:26 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) fəaliyyətə başladığı 1993-cü ildən indiyə qədər "elmlər doktoru" elmi dərəcəsi 1328, "fəlsəfə doktoru" elmi dərəcəsi isə 7764 iddiaçıya verilib. Trend-in məlumatına görə, bunu AAK-ın sədr müavini Vəli Hüseynov deyib.
Son 20 ildə Azərbaycanda 9092 nəfərə elmi dərəcə, 5318 nəfərə elmi ad verilib

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) fəaliyyətə başladığı 1993-cü ildən indiyə qədər "elmlər doktoru" elmi dərəcəsi 1328, "fəlsəfə doktoru" elmi dərəcəsi isə 7764 iddiaçıya verilib. Trend-in məlumatına görə, bunu AAK-ın sədr müavini Vəli Hüseynov deyib.

Onun sözlərinə görə, bu müddətdə "professor" elmi adı 1136, "dosent" elmi adı 4182 iddiaçıya verilib. 2012-ci ildə isə "elmlər doktoru" elmi dərəcəsi 90 nəfərə verilib.

Hüseynov deyib ki, onların 82-si birbaşa attestasiyadan keçib. Qalan 8 nəfər isə elmi işlərini başqa dövlətdə müdafiə edərək Azərbaycanda təkrar attestasiyadan keçiblər. Ötən il "fəlsəfə doktoru" elmi dərəcəsini almaq üçün 570 nəfər öz elmi işini Azərbaycanda müdafiə edib, 39 nəfər xaricdə müdafiə edərək Azərbaycanda təkrar attestasiyadan keçib.

Ümumilikdə ötən il 609 nəfər "fəlsəfə doktoru" elmi dərəcəsi alıb. 2012-ci ildə 96 nəfər "professor" elmi adını, yəni "professor" attestatı alıb. Keçən il 273 nəfər "dosent" attestatı alıb.

Plagiat faktları aşkarlandığına, elmi yenilik olmadığı və işlər AAK-ın tələbələrinə cavab vermədiyinə görə, bir sıra işlərdən imtina edilib. Ötən il 15 "elmlər doktoru" dissertasiyasından, 162 "fəlsəfə doktoru" işi, 3 professor attestasiya işi, 28 dosent attestasiya işindən imtina edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti