...

Azərbaycanda magistratura və rezidentura səviyyələrində yeni ixtisaslar üzrə kadr hazırlığı aparılacaq

Cəmiyyət Materials 4 Mart 2013 12:30 (UTC +04:00)
Azərbaycanda ali təhsilin magistratura və rezidentura səviyyələrində yeni ixtisaslar üzrə kadr hazırlığı aparılacaq.
Azərbaycanda magistratura və rezidentura səviyyələrində yeni ixtisaslar üzrə kadr hazırlığı aparılacaq

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali təhsilin magistratura səviyyəsində yeni ixtisaslar üzrə kadr hazırlığı aparılacaq. Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edilib.

Nazirlər Kabinetinin qərarı ilə edilən bu dəyişikliklərə əsasən, "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "2. Humanitar və sosial ixtisaslar qrupu" hissəsinin "060212 Hüquqşünaslıq" ixtisasına "- Dəniz və enerji hüququ" sözlərindən sonra "- Transmilli cinayət hüququ" sözləri, "060215 Kitabxanaçılıq və informasiya" ixtisasında "- Kitabxana fondlarının formalaşması və istifadəsi" sözlərindən sonra "060216 Dövlət və ictimai münasibətlər" ixtisası və "- İctimai siyasət" sözləri əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti