Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycan ərazisində yağıntılı və qeyri-sabit hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirblər ki, Bakıda və Abşeron yarımadasında martın 6-da hava şəraitinin soyuq, küləkli, arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, gecə və gündüz 2-5 dərəcə isti olacaq, axşama doğru isə temperatur 0 dərəcəyə yaxınlaşacaq.
Azərbaycanın rayonlarında martın 6-da hava şəraitinin arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Məlumatda daha sonra qeyd olunub ki, martın 4-ü günün ikinci yarısından başlayaraq 5-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit, güclü küləkli və yağıntılı olmuş, dağlıq rayonlarda qar yağmışdır.
Ən çox düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 36.0 mm, Zaqatalada 26.0 mm, Ağstafada 12.0 mm, Rvarudda (Lerik) 8.0 mm, Gədəbəy, Göygöl, Ağdərədə (Ordubad) 6.0 mm, Kişçay (Şəki), Mərəzə, Şəkidə 5.0 mm, Gəncə, Ceyrançöl, Tovuzda 4.0 mm, Naxçıvan, Daşkəsən, Oğuz, Şamaxı, Mingəçevirdə 3.0 mm, Quba, Yardımlı, Sabirabad, Şahbuz, Culfada 2.0 mm, Tərtər, Yevlax, İmişli, Kürdəmir, Cəfərxan, Qazıməmməd, Neftçala, Lənkəran, Astara, Göytəpə, Şərur, Ordubad, Naftalan, Şəmkir, Xaçmazda, eləcə də Bakıda və Abşeron yarımadasında 0.0-1.0 mm olmuşdur.
Qar örtüyünün hündürlüyü: Sarıbaşda 26 sm, Ağdərədə 12 sm təşkil etmişdir.
Küləyin sürəti: Qərb küləyi Naftalanda 30 m/s, Bərdədə 27 m/s, Daşkəsəndə 25 m/s, Tərtərdə 24 m/s, Xaçmaz, Göytəpə, Lənkəranda 20 m/s, Altıağacda 19 m/s, Yevlaxda 16 m/s təşkil etmiş, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 19-25 m/s-dək güclənmişdir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatmışdır.
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirblər ki, Bakıda və Abşeron yarımadasında martın 6-da hava şəraitinin soyuq, küləkli, arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.