...

Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq həddi 15 faizədək azalıb

Cəmiyyət Materials 6 Mart 2013 13:02 (UTC +04:00)
Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq həddi son 9 ildə 75 faizdən 15 faizədək azalıb.
Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq həddi 15 faizədək azalıb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq həddi son 9 ildə 75 faizdən 15 faizədək azalıb. Trend-in məlumatına görə, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabat"da qeyd edilib ki, ötən il hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf edilib. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

2012-ci ildə ölkədə 4553 ailə və ya 22765 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

1993-2012-ci illərdə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat vəsait sərf edilb.

Onun 2 milyard manatı dövlət büdcəsinin, 1,5 milyard manatı Dövlət Neft Fondunun, 0,8 milyard manatı isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. Bu vəsaitin 77 faizi son 9 ildə istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti