Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Avropada təhsilllərini davam etdirmələrinə yardım göstərmək məqsədilə istedadlı gənclərin siyahısını hazırlayacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alimlər şuralarının sədrləri ilə görüşündə AMEA-nın prezident əvəzi Akif Əlizadə deyib.
Onun sözlərinə görə, bəzən elmlər namizədləri münasib avadanlıqlar olmadığından öz elmi işlərini davam etdirməkdə çətinlik çəkirlər. Buna görə də hələ 2008-ci ildə elmlər namizədi olan şəxslərin doktorluq dissertasiyalarının Avropada hazırlanmasını təklif edilib. Bu təşəbbüs qəbul edildiyi üçün bir neçə gənc alim doktorluq dissertasiyası hazırlamaq məqsədilə Avropaya göndərildi. Onların 6-7 nəfəri artıq doktorluq işinin müdafiəsi ərəfəsindədir.
Əlizadə bildirib ki, lakin sonradan bu məsələ davam etdirilmədi.
O qeyd edib ki, AMEA-da bu iş yenidən davam etdiriləcək. Bunun üçün dövlət tərəfindən lazımi məbləğdə maliyyə vəsaiti ayrılacaq.