...

ATƏT-in Bakı ofisinin rəhbəri: Azərbaycan doğru yoldadır

Cəmiyyət Materials 15 Mart 2013 10:52 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Targay təşkilatın Azərbaycandakı cari fəaliyyəti və 2013-cü il üçün gələcək layihələri barəsində "AZERNEWS"a eksklüziv müsahibəsində ətraflı danışıb.
ATƏT-in Bakı ofisinin rəhbəri: Azərbaycan doğru yoldadır

Azərbaycan, Bakı, 15 mart /Trend/

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Targay təşkilatın Azərbaycandakı cari fəaliyyəti və 2013-cü il üçün gələcək layihələri barəsində "AZERNEWS"a eksklüziv müsahibəsində ətraflı danışıb.

"Azərbaycanın bütün sahələrdə inkişaf etməsi kompliment yox, həqiqətdir. Ölkəniz doğru yoldadır. Demokratikləşmə, qanunun aliliyinin effektliyinin artırılması, korrupsiya ilə mübarizə, insan alveri kimi beynəlxalq və transmilli cinayətlərə qarşı mübarizə sahəsində dövlət siyasəti düzgün təşkil olunub, Milli Məclisin qəbul etdiyi qanunlar təqdirəlayiqdir," - deyə səfir Targay müsahibəsində bildirib. Daha ətraflı AZERNEWS onlayn qəzetinin 15 mart tarixli çap buraxılışında oxuya bilərsiniz.

Yeni sayda, həmçinin, Azərbaycan Prezidenti Ilham Əliyevin Montenegroya rəsmi səfərinin təfərrüatları, ABŞ kəşfiyyatının Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalının regionda potensial gərginlik yaratması barəsində Konqresə təqdim etdiyi hesabat, Beynəlxalq Valyuta Fondu missiyasının Azərbaycanı ən sürətli inkişaf edən iqtisadiyyata malik ölkə kimi dəyərləndirməsi, İspaniya Kraliçasının Azərbaycanın böyük şairəsi Məshəti Gəncəvinin miniatürlərini Azərbaycana hədiyyə etməsi, məşhur brendlərin öz domen adlarının təhlükəsizliyini qoruya bilmək imkanı və digər maraqlı məqalələrlə tanış ola bilərsiniz.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti