...

Masazırdakı sürüşmənin qarşısını almaq üçün Nazirlər Kabinetinə təkliflər hazırlanıb

Cəmiyyət Materials 28 Mart 2013 17:43 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu gün birlikdə Abşeron rayonunun Masazır qəsəbəsində baş vermiş sürüşmə sahəsinə baxış keçiriblər və bunun nəticəsi olaraq, sürüşmənin qarşısını almaq üçün müdafiə tədbirləri hazırlanıb.
Masazırdakı sürüşmənin qarşısını almaq üçün Nazirlər Kabinetinə təkliflər hazırlanıb

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu gün birlikdə Abşeron rayonunun Masazır qəsəbəsində baş vermiş sürüşmə sahəsinə baxış keçiriblər və bunun nəticəsi olaraq, sürüşmənin qarşısını almaq üçün müdafiə tədbirləri hazırlanıb. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, təkliflər sabah Nazirlər Kabinetinə təqdim ediləcək. Təkliflərdə ərazidə drenaj, kanalizasiya şəbəkələrinin qurulması, istinad divarının inşası və s. məsələlər öz əksini tapıb. Qısa müddətdə sürüşmə sahəsində tədbirlərin görülməsinə başlamaq nəzərdə tutulur.

Əmiraslanov dünənlə müqayisədə bu gün Masazırdakı sürüşmə sahəsinin qaşının hündürlüyünün təxminən 25 sm artdığını söyləyib. O qeyd edib ki, sürüşmənin baş verməsinə səbəb olan kanalizasiya şəbəkəsinin olmaması sürüşmə sahəsinin genişlənməsinə imkan verir.

Onun sözlərinə görə, ərazidə daha təhlükəli vəziyyətdə olan bir fərdi evdən sakinlər köçürülüb. Qalan evlərin sakinlərinin ərazidən köçürülməsi məsələsi isə hələ gündəmdə deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti