Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.İsmayılov/
Bakının mərkəzi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Trend-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Həsən Əliyev küçəsində Azadlıq prospekti ilə kəsişmədən Xan Şuşinski küçəsinin kəsişməsinə qədər olan hissəsində asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşıb.