Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli onkoloji əməliyyatların qeyri-profilli dövlət və özəl xəstəxanalarda həyata keçirilməsindən narazılıq edib.
Baş onkoloq cümə günü Trend-ə bildirib ki, həmin xəstəxanalar belə xəstələrin onkoloji xəstələr olduğunu bilsələr də, onları qəbul edərək əməliyyat edirlər. Əməliyyatlar isə düzgün, onkoloji prinsiplər gözlənilməklə həyata keçirilmir. Bu, sonda xəstələr üçün böyük fəsadların yaranması, əməliyyatdan sonra xəstələrin vəziyyətinin pisləşməsi ilə nəticələnir. Buna görə də həmin xəstəxanaların həkimləri əməliyyat etdikləri xəstələri bir necə aydan sonra Milli Onkologiya Mərkəzinə göndərirlər.
"Ölkədəki qeyri-profilli xəstəxanalarda həyati göstərişlə təcili cərrahi əməliyyatın aparılmasına bir söz demirik. Əgər xəstə kəskin bağırsaq keçməməzləyinə görə hər hansı qeyri-profilli xəstəxanaya müraciət edibsə və diaqnoz təsdiq olunubsa, həkim onu əməliyyat etsin. Yaxud xəstədə şiş mənşəli mədə qanaxması varsa, əgər onu saxlamaq mümkün deyilsə, onu əməliyyat etsinlər. Çünki xəstəlik kəskin mərhələdədir, onun təcili əməliyyat edilməsinə həyati göstəriş var. Ancaq istər dövlət, istərsə də qeyri-profilli özəl xəstəxanalarda onkoloji xəstələri planlı şəraitdə əməliyyat edirlər. Biz bunu qəbul etmirik",-baş onkoloq əlavə edib.
O qeyd edib ki, xərcəng xəstəliyi aşkarlanarkən kistaloji müayinənin nəticəsi cox mühüm rol oynaır. Bu müyainənin nəticəsindən asılı olaraq, xəstəliyin hansı mərhələdə olduğu və xəstəliyin gələcək müalicə taktikası müəyyənləşir. Ancaq qeyri-profilli xəstəxanalarda kistaloji müayinə ilə bağlı prosedurlara riayət edilmir.
"Biz çıxardığımız şişi kistaloji müayinəyə göndəririk. Həmin nahiyədə kəsdiyimiz ətraflar təcili laboratoriyada analiz ediilir. Əgər bizə kəsilmiş yerdə şiş hüceyrəsinin aşkarlandığı cavabı verilsə, onda onu yenidən sağlam toxuma səviyyəsində kəsməyə məcburuq. Ancaq digər xəstəxanalarda bunlara riayət edilmir. Əməliyyat edən həkimlər də bunu düzgün icra etmir"-Kərimli əlavə edib.
O əlavə edib ki, ölkə daxilində qeyri-onkoloji xəstəxanalarda, eyni zamanda ölkədən kənarda, müayinə və müalicə olunan xəstələr onkoloji nəzarətdən kənarda qalırlar. Ölkədəki qeyri-profilli xəstəxanalar əməliyyat edilmiş xəstələrə lazımı onkoloji xidmət göstərə bilmirlər. Ölkədən kənarda müayinə və müalicə olunan xəstələr əməliyyat da olunaraq xaricdə bir necə kurs kimyəvi terapiya müalicələrindən keçirlər. Ancaq Azərbaycanda onkoloji xəstə kimi cox gec qeydiyyata dusürlər.
Kərimli qeyd edib ki, xarici ölkədə müayinə və müalicə olunan xəstələrdən ağırlaşmış vəziyyətdə yenidən azərbaycanlı həkimlərə üz tiutan xəstələrin də sayı cox olur. Bu zaman həmin xəstələr Azərbaycanda təkrar əməliyyat edilərək həyata qaytarılırlar.
Hazırda Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayının 31 954 nəfər olduğunu xatırladan baş onkoloq bildirib ki, bu gün Azərbaycanda onkoloji xəstəliklərə daha çox Bakıda yaşayan insanlar arasında təsadüf olunur. Bu, daha cox Bakıda əhalinin cox olması ilə əlaqədardir. Bu xəstəliyə cənub bölgəsində də cox təsadüf edilir.
Kərimli hesab edir ki, bu məsələdə digər faktorlarla yanaşı, həmin bölgədə yaşayan insanların məşğuliyyəti də rol oynayır. Həmin bölgənin əhalisi ilin bütün fəsillərində tərəvəzçilik və meyvəçiliklə məşğul olurlar. Buna görə də gubrələrdən istifadə edirlər.