...

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı yaşıllaşdırma aksiyası keçirilib

Cəmiyyət Materials 30 Mart 2013 13:45 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı bu gün İqtisadi İnkişaf Nazirliyi tərəfindən Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu ərazisində yaşıllaşdırma aksiyası keçirilib.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı yaşıllaşdırma aksiyası keçirilib

Azərbaycan, Bakı, 30 mart /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə bağlı bu gün İqtisadi İnkişaf Nazirliyi tərəfindən Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu ərazisində yaşıllaşdırma aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu ərazisində müxtəlif ağac və bəzək kolları əkib, ərazidə abadlıq işləri aparıblar. Yaşıllaşdırma aksiyası çərçivəsində poliqon ərazisində ümumilikdə 1000-ə yaxın ağac və bəzək kolları əkilib.

Qeyd edək ki, Balaxanı poliqonu ərazisində ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşlarının iştirakı ilə mütəmadi olaraq yaşıllaşdırma aksiyaları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti