...

Bakının mərkəzi hissəsində avtomobillərin hərəkəti üçün yol açıldı, digər küçə isə bağlandı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 1 Aprel 2013 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir E.İsmayılov/

Bakıda mərkəzində təmir işləri aparılan küçədə avtomobillərin hərəkəti bərpa olunub.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Trend-ə daxil olan məlumata görə, Məhəmməd Füzuli küçəsinin Bül-Bül prospektindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri başa çatdırıldığından yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Məlumata görə, bu gün, həmçinin təmir-tikinti işləri ilə əlaqədar Bakının mərkəzi küçəsində yol bağlanıb.

Belə ki, Şəmsi Bədəlbəyli küçəsində təmir-tikinti işləri ilə əlaqədar olaraq yol bağlanıb.

Füzuli küçəsinin S.Vurğun küçəsi ilə kəsişməsindən Bülbül prospektinə kimi olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün iki istiqamətli edilib.

Təmir-tikinti işləri ilə əlaqədar olaraq həmçinin Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Mirzağa Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yol bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti