...

Xaricdə təhsil alan tələbələrə Azərbaycanda pulsuz təcrübə keçmək fürsəti

Cəmiyyət Materials 2 Aprel 2013 15:23 (UTC +04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələr Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada pulsuz təcrübə keçə bilərlər. Bu barədə Trend-ə Komissiyanın mətbuat xidmətindən bildiriblər.
Xaricdə təhsil alan tələbələrə Azərbaycanda pulsuz təcrübə keçmək fürsəti

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələr Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada pulsuz təcrübə keçə bilərlər. Bu barədə Trend-ə Komissiyanın mətbuat xidmətindən bildiriblər.

Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələr "Dövlət qulluğu haqqında" qanunun 2.3-cü maddəsində göstərilən dövlət orqanları istisna olmaqla, digər dövlət orqanlarında, o cümlədən Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada ödənişsiz təcrübə keçməyə dəvət olunurlar.

Dövlət Proqramı çərçivəsində təhsil alan və dövlət qulluğunda çalışmaq istəyən şəxslər Komissiyanın Beynəlxalq əlaqələr sektorunun müdiri Nərgiz İsmayılovaya ([email protected]) müraciət etməklə yay tətilləri müddətində dövlət orqanlarında təcrübə keçmək üçün qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti