Azərbaycan, Bakı, 3 aprel/Trend/
Martın 23-də London ətrafındakı evində ölü tapılan Boris Berezovskinin nə vaxt və harada dəfn ediləcəyi barədə qərar hələlik qəbul edilməyib. Trend-in çərşənbə günü "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu mərhum oliqarxın yaxın tanışı BBC-yə deyib.
Bununla da o, Rusiya KİV-də Berezovskinin böyük qızları Yelizaveta və Yekaterinının atalarını Londondakı Qannersberi qəbiristanlığında dəfn etmək barədə qərar verdiklərinə dair yayılan informasiyanı təkzib edib.
Adının çəkilməsini istəməyən həmin şəxs, həmçinin bildirib ki, iş adamı dəfələrlə öləcəyi təqdirdə İsraildə dəfn edilməsi arzusunda olduğunu bildirib.