Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İsabalayeva/
2013-2014-cü tədris ili üçün Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının keçiriləcəyi şəhərlərin sayı artırılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.
Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, Göyçay, Ağcabədi və Şirvan şəhərlərində də qəbul imtahanları keçiriləcək. Artıq həmin şəhərlərdə TQDK-nın yeni regional bölmələri yaradılıb. Bu şəhərlərdə ali məktəblərə qəbul imtahanlarının keçirilməsi üçün lazımı şərait var.
Nağızadə deyib ki, ümumilikdə ölkə üzrə qəbul imtahanları 10 şəhərdə- Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Quba, Göyçay, Ağcabədi və Şirvanda keçiriləcək.