...

Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti bərpa edilib

Cəmiyyət Materials 16 Aprel 2013 14:44 (UTC +04:00)
Səməd Vurğun küçəsinin Məhəmməd Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir-tikinti işləri başa çatdığından yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Bu barədə Trend-ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti bərpa edilib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.İsmayılov/

Səməd Vurğun küçəsinin Məhəmməd Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir-tikinti işləri başa çatdığından yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Bu barədə Trend-ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, eyni zamanda, Məhəmməd Füzuli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsi yenidən sürücülərin ixtiyarına verilib.

Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Bülbül prospekti ilə kəsişməsinə qədər olan hissəsində təmir tikinti işləri başa çatdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti