...

Bakıda həbsxanada “Breyn-Rinq” oyunu keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2013 14:19 (UTC +04:00)
Bakıda 6 saylı cəzaçəkmə müəssisəsində « Breyn-Rinq» intellektual oyunu keçirilib.
Bakıda həbsxanada “Breyn-Rinq” oyunu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda 6 saylı cəzaçəkmə müəssisəsində " Breyn-Rinq" intellektual oyunu keçirilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində, aprelin 17-də 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında "Breyn-Rinq" intellektual oyunu keçirilib.

Oyunun gedişini Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşları da izləyib.

Oyunun sonunda qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti