...

Əbülfəs Qarayev: Bu il Azərbaycana gələn turistlərin sayında artımın 10 faizdən aşağı olmayacağı gözlənilir

Cəmiyyət Materials 22 Aprel 2013 11:40 (UTC +04:00)
Bu il Azərbaycana gələn turistlərin sayında artımın 10 faizdən aşağı olmayacağı gözlənilir.
Əbülfəs Qarayev: Bu il Azərbaycana gələn turistlərin sayında artımın 10 faizdən aşağı olmayacağı gözlənilir

Azərbaycan, Bakı, 22 aprel / Trend müxbir İ.İsabalayeva/

Bu il Azərbaycana gələn turistlərin sayında artımın 10 faizdən aşağı olmayacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bazar ertəsi jurnalistlərə deyib.

"Adətən, hər il ölkəyə gələn turistlərin sayında 10-15 faiz artım müşahidə edilir", - nazir deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayının artmasına təsir göstərəcək.

"Elektron vizanın tətbiqi ilə bağlı müəyyən texniki məsələlərin tamamlanması tələb olunur. Düşünürəm ki, yay mövsümünə biz tam hazır olacağıq. Azərbaycanın turizm şirkətlərinin də bu prosesə qoşulmağa böyük maraqları var. İnanıram ki, bu, öz müsbət təsirini göstərəcək", - Əbülfəs Qarayev deyib.

Qarayev bildirib ki, artıq Azərbaycan vətəndaşları öz vətənlərində səyahət etməyə daha meyillidirlər. Bunu regionların infrastrukturunun yaxşılaşması ilə əlaqələndirən nazir deyib ki, bu gün Azərbaycanda Bakıdan başqa iki cəlbedici turizm məkanı formalaşıb - bunlar Qəbələ və Şahdağ Qış-Yay Turizm və İstirahət kompleksidir.

Nazir növbəti il ərzində həmin kompleksə daha çox turistin səfər edəcəyinə ümid etdiyini də deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti