...

İranda Çin istehsalı olan penisillindən istifadə nəticəsində ən azı 5 nəfər ölüb

Cəmiyyət Materials 22 Aprel 2013 17:42 (UTC +04:00)
İranda müalicə məqsədilə Çin istehsalı olan penisillinin istifadəsindən sonra ən azı beş nəfər ölüb.
İranda Çin istehsalı olan penisillindən istifadə nəticəsində ən azı 5 nəfər ölüb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

İranda müalicə məqsədilə Çin istehsalı olan penisillinin istifadəsindən sonra ən azı beş nəfər ölüb. Trend-in Gənc Jurnalistlər Klubuna istinadən verdiyi məlumata görə, bu barədə İranın Daxili Xəstəliklər üzrə Mütəxəssislər Cəmiyyətinin rəhbəri, həkim İrac Xosroviniya bildirib.

Onun sözlərinə görə, Çin istehsalı olan penisillinlə müalicə alan xəstələrdə hərarət, titrəmə, qan təzyiqinin aşağı düşməsi müşahidə olunub ki, bu da sonda ölümlə nəticələnib.

"İnsanlar Çin istehsalı olan dərmanlardan istifadə etdiyindən ölkədə ölüm halları artıb", - Xosroviniya deyib.

İran Qərbin sanksiyalarına görə dərman və tibbi preparatların idxalı ilə bağlı böyük problemlər yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti