...

Dünyada malyariyadan ölüm hallarının 2015-ci ilədək azaldılması üçün maliyyə vəsaiti çatışmır

Cəmiyyət Materials 25 Aprel 2013 18:06 (UTC +04:00)
2015-ci ilədək dünyada malyariyadan ölüm hallarının demək olar ki, sıfıra çatdırılması üçün resursların yarısının ayrılması ilə bağlı öhdəliyin götürülməsinə baxmayaraq, 5 milyard ABŞ dolları məbləğində illik maliyyə vəsaiti çatışmazlığı hələ də qalmaqdadır.
Dünyada malyariyadan ölüm hallarının 2015-ci ilədək azaldılması üçün maliyyə vəsaiti çatışmır

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İsabalayeva/

2015-ci ilədək dünyada malyariyadan ölüm hallarının demək olar ki, sıfıra çatdırılması üçün resursların yarısının ayrılması ilə bağlı öhdəliyin götürülməsinə baxmayaraq, 5 milyard ABŞ dolları məbləğində illik maliyyə vəsaiti çatışmazlığı hələ də qalmaqdadır.

Trend-in məlumatına görə, BMT-nin Ümumdünya Malyariya ilə Mübarizə Günü ilə əlaqədar yaydığı məlumatda bildirilib ki, 2015-ci ilə qədər 50 ölkə malyariyanın ən azı 75%-dək azaldılması üçün iş aparır. Buna baxmayaraq, əsas çətinliklər hələ də qalmaqdadır.

İnkişaf etməkdə olan ölkələrdə, əsasən, Afrikada malyariya ilə bağlı həyəcan təbili çalınır və milyonlarla insanın həyatını xilas etmək üçün müdaxiləyə ehtiyacı var.

Malyariya Afrikada hər dəqiqə bir uşağın həyatına son qoyur.

Malyariyanın qarşısını almaq və əzabları yüngülləşdirməyə davam etmək üçün beynəlxalq ictimaiyyət, xüsusən də 10 ən yüksək malyariya göstəricisi olan ölkəyə lazımi maliyyələşdirməni təmin edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti