...

Heydər Əliyev Fondunun dəstəyi ilə qanvermə aksiyası keçirilib

Cəmiyyət Materials 2 May 2013 11:06 (UTC +04:00)
Aksiya zamanı Mərkəzi Qan Bankının mütəxəssislərindən ibarət həkim briqadası tərəfindən 165 sakindən qan götürülüb.
Heydər Əliyev Fondunun dəstəyi ilə qanvermə aksiyası keçirilib

Azərbaycan, Bakı, 2 may /Trend/

Heydər Əliyev Fondunun dəstəyi ilə qanvermə aksiyası keçirilib.

Trend-in Fondun rəsmi saytına istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin dəstəyi, Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lerik Mərkəzi Rayon Xəstəxanasında ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 90 illik yubileylərinə həsr olunmuş qanvermə aksiyası keçirilib.

Aksiya zamanı Mərkəzi Qan Bankının mütəxəssislərindən ibarət həkim briqadası tərəfindən 165 sakindən qan götürülüb.

Toplanan qan nümunələri Bakı şəhərində müayinə olunduqdan sonra Mərkəzi Qan Bankına təhvil veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti