...

Dəmiryolçular ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriblər (FOTO)

Cəmiyyət Materials 2 May 2013 17:50 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində təntənəli mərasim keçirilib. Təntənəli yığıncaq Cəmiyyətin foyesində təşkil olunmuş Heydər Əliyev foto-sərgisinə baxışla başlamış, böyük öndərin Azərbaycanın siyasi rəhbərliyində olduğu dövrdə polad magistralın inkişafı ilə bağlı gördüyü işləri əks etdirən filmin nümayişi olmuşdur.
Dəmiryolçular ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində təntənəli mərasim keçirilib. Təntənəli yığıncaq Cəmiyyətin foyesində təşkil olunmuş Heydər Əliyev foto-sərgisinə baxışla başlamış, böyük öndərin Azərbaycanın siyasi rəhbərliyində olduğu dövrdə polad magistralın inkişafı ilə bağlı gördüyü işləri əks etdirən filmin nümayişi olmuşdur.

Tədbirdə çıxış edən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov bildirdi ki, Cəmiyyətin xətt boyu yerləşən idarə, təşkilat və müəssisələrində yubiley tədbirləri keçirilmiş, aprelin 22-də Xaçmaz, 24-də Şirvan, 26-da isə Gəncə dəmir yolu qovşaqlarına təşviqat qatarı göndərilmiş, "Azərbaycan dəmiryolçusu" qəzetinin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsi çap olunmuş, Mətbuat Katibliyi tərəfindən "Heydər Əliyev dövründə dəmir yolunun inkişafı" adlı sənədli film hazırlanmışdır.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Təkcə bir faktı deyək ki, ulu öndərin rəhbərliyi dövründə dəmir yolunda 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

1980-ci ildə Heydər Əliyevin şəxsi təklifi nəticəsində Şirvan çeşidləmə stansiyasının tikintisi və uzunluğu 160 km olan Yevlax-Balakən dəmir yolu xəttinin çəkilişi xüsusi olaraq qeyd edilməlidir. Məhz bunun nəticəsində həmin dövrlərdə dəmir yolu yük daşımalarının həcmi 80-90 milyon tona çatmışdır.

Ulu öndər Heydər Əliyev rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz Bakı-Tbilisi-Qars və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində yaxından iştirak edir. İndi Azərbaycan polad magistralı öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Hazırda ölkə başçısının İlham Əliyevin 6 iyul 2010-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" sürətlə icra olunur.

Sonra çıxış edən YAP-ın "ADY" QSC-dəki ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov, "Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru Vasif Süleyman, redaktor müavini Gülnaz Əliyeva, müxbirlər Nərgiz Əliyeva, Ziya Zakiroğlu və Xarici əlaqələr şöbəsinin mütəxəssisi Şahəstə Mustafayevanın vurğulanmışdır ki, Heydər Əliyev ideyaları bu gün də cəmiyyətdə hakimdir. O böyük insanın varisi ölkə başçısı cənab İlham Əliyevin uğurlu fəaliyyəti göz qabağındadır. Biz dəmiryolçular qarşıdan gələn prezident seçkilərində də möhtərəm prezidentimizin namizədliyini dəstəkləyəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti