Azərbaycan, Bakı, 9 may /Trend/
Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı (ADU TGT), Azərbaycan Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə "Tələbələrarası I ingilis dili Olimpiadası" keçirəcək.
İttifaqdan Trend-ə daxil olan məlumata görə, iki mərhələdən (yarımfinal və final) ibarət olacaq olimpiadada ixtisasından asılı olmayaraq, ali və ya orta ixtisas təhsil müəssisələrində təhsil alan hər bir tələbə iştirak edə bilər.
"Tələbələrarası I ingilis dili Olimpiadası"nda iştirak etmək istəyənlər (http://atgti.az/offer/20130428044524133.html) keçidindən istifadə edərək qeydiyyata düşə bilərlər. Olimpiadaya qeydiyyat mayın 12-də bitəcək.
Qeyd edək ki, "Tələbələrarası I ingilis dili Olimpiadası"nın qalibləri netbuk, planşet kompyuter və s. qiymətli hədiyyələr qazanacaqlar. Olimpiadanın finalında iştirak hüququ qazanmış bütün tələbə gənclər isə diplomlarla təltif olunacaqlar.