...

Azərbaycanda buraxılış siniflərinin şagirdləri yaşadıqları əraziyə yaxın məktəbdə imtahan verəcəklər

Cəmiyyət Materials 21 May 2013 15:26 (UTC +04:00)
Azərbaycanda orta məktəblərin buraxılış siniflərinin şagirdləri yaşadıqları əraziyə yaxın məsafədə yerləşən məktəblərdə imtahan verəcəklər.
Azərbaycanda buraxılış siniflərinin şagirdləri yaşadıqları əraziyə yaxın məktəbdə imtahan verəcəklər

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda orta məktəblərin buraxılış siniflərinin şagirdləri yaşadıqları əraziyə yaxın məsafədə yerləşən məktəblərdə imtahan verəcəklər.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, onlar şagirdləri yaşadıqları ərazidən uzaqda olmayan məktəb binalarında imtahana cəlb etməyə çalışıblar.

Komissiya sədri deyib ki, buraxılış imtahanında iştirak üçün tələb olunan "Buraxılış vərəqəsi"ni şagirdlər pulsuz əldə edirlər. Hər kəs onu internet vasitəsilə çap edə bilər: "Ancaq məktəbdə internet yoxdursa, onda məktəb direktoru bu məsələnin həlli üçün rayon təhsil şöbələrinə müraciət etməlidir. Rayon təhsil şöbələrində hər hansı problemlər mövcud olduqda isə onlar TQDK-nın regional bölmələrinə müraciət etməlidirlər".

Abbaszadə bildirib ki, iyunun 2-də Bakı üzrə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək. Ölkə üzrə 9-cu sinif şagirdi olan 65 455 oğlan, 56 374 qız, 11-ci sinif şagirdi olan 50 052 oğlan, 39 122 qız buraxılış imtahanı verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti