...

Azərbaycanda multiplikatorların hazırlanmasına başlanacaq

Cəmiyyət Materials 21 May 2013 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda animasiya filmlərinin hazırlanması ilə məşğul olacaq kadrların hazırlanmasına başlanılacaq. Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli prodakşn rəhbərləri ilə çərşənbə axşamı keçirilən görüşdə deyib.

Şura sədri bildirib ki, ölkədə uşaqlar üçün cizgi filmlərinin çəkilişi ilə bağlı acınacaqlı hal mövcuddur.

Məhərrəmli qeyd edib ki, artıq MTRŞ-də cizgi filmlərinin çəkilməsi üçün dövlətin vəsait ayırması ilə bağlı dövlət başçısına müraciət hazırlanır: "Lakin ayrılan vəsaitin bir hissəsi cizgi filminin çəkilməsi deyil, məhz animasiya filmlərinin hazırlanması ilə məşğul olacaq kadrların hazırlanmasına yönələcək".

Məhərrəmli gələcəkdə cizgi filmlərinin çəklişi işinə prodakşnların cəlb olunmasını da istisna etməyib.

Şura sədri deyib ki, ayrılan vəsait prodakşnlar tərəfindən lazımi şəkildə istifadə olunmasa, sonradan məhkəmə vasitəsilə geri alınacaq: "Azərbaycan telekanallarında uşaq verilişləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Bizim uşaqlar xarici cizgi filmləri əsasında tərbiyə alırlar. Bu yolverilməzdir və bu məsələyə baxılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti