...

Azərbaycanda milli qəhrəmanlarla bağlı qanun layihəsinin qəbulu təklif edilib

Cəmiyyət Materials 24 May 2013 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev /

Milli Məclisin cümə günü keçirilən iclasında milli qəhrəmanlarla bağlı qanun layihəsinin qəbul olunması təklif olunub. Trend-in məlumatına görə, millət vəkili, Milli Məclisin Social siyasət komitəsinin sədr müavini Musa Quliyev müzakirələr zamanı bildirib ki, Azərbaycanda şəhid olan milli qəhrəmanlarla yaşayanlar arasında münasibət fərqlidir.

O qeyd edib ki, hazırda Azərbaycanın 211 Milli Qəhrəmanının yalnız 17 nəfəri sağdır.

Millət vəklili milli qəhrəmanlara xüsusi statusun verilməsini təklif edib:

"Xüsusi status həyatda olan milli qəhrəmanların sosial təminatının, imtiyazlarının, mənzil, iş yerləri, harada dəfn edilmələri, ictimai funksiyalarını əks etdirəcək".

O vurğulayıb ki, milli qəhrəmanlara yanaşma sistemli şəkildə həyata keçirilməlidir: "Milli qəhrəmanlar millətə nümunə kimi göstərilməli, milli vətənpərvərlik ruhunun yüksəldilməsinə şərait yaradılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti