Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İzzət/
Buna qədər 4 müxtəlif seçim mərhələsindən keçmiş hakimliyə namizədlər bu dəfə şifahi imtahan veriblər.
Məhkəmə Hüquq-Şurasından Trend-ə verilən məlumata görə, birillik tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni başa vurmuş 76 nəfər hakimliyə namizədlə tədrisin nəticələri üzrə şifahi imtahanlar başlayıb.
İmtahanların iyun ayının 3-dək davam edəcəyi gözlənilir.
Qeyd edək ki, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 1 il müddətində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni başa vurmuş 76 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə mayın 3-də şəffaf prosedurlar əsasında yazılı imtahan keçirilmiş, imtahanın nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən yoxlanıldıqdan sonra bütün namizədlər tədrisin yekunları üzrə şifahi imtahana buraxılmışdılar.