...

Bakıda Milli Tolerantlık Mərkəzi açılacaq

Cəmiyyət Materials 28 May 2013 12:19 (UTC +04:00)
Əl-Naser 30 mayda Forumun açılışında çıxışçı olacaq. “Fərqli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında keçirilən Forumda Əl-Naser BMT-nin Sivilizasiyalar Alyansının bu sahə üzrə gördüyü işlər və prioritetləri, o cümlədən dünyanın bu gün üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün ata biləcəyi addımlardan danışacaq.
Bakıda Milli Tolerantlık Mərkəzi açılacaq

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət /

Bakıda Milli Tolerantlik Mərkəzinin açılışı olacaq.

BMT-nin Bakı Ofisindən Trend-ə daxil olan məlumata görə, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser 29 mayda başlayacaq və 1 iyuna qədər davam edəcək İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumda iştirak etmək üçün Azərbaycana gələcək.

Əl-Naser 30 mayda Forumun açılışında çıxışçı olacaq. "Fərqli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirilən Forumda Əl-Naser BMT-nin Sivilizasiyalar Alyansının bu sahə üzrə gördüyü işlər və prioritetləri, o cümlədən dünyanın bu gün üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün ata biləcəyi addımlardan danışacaq.

Mayın 29-da Əl-Nasir YUNESKO və İSESKO ilə birgə Milli Tolerantlık Mərkəzinin açılışında iştirak edəcək.

Qeyd edək ki, Mərkəzin açılmasında məqsəd etiqadlararası tolerantlıq və qarşılıqlı hörməti dəstəkləmək və təbliğ etməkdir.

Bakıya səfəri çərçivəsində Əl-Naserin Azərbaycan rəsmiləri ilə görüşü nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti