...

"I am a young businessman" layihəsinin ikinci mərhələsi reallaşdırıldı

Cəmiyyət Materials 3 İyun 2013 06:53 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu (AzGF) və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Gənclər Təşkilatı (ADİU TGT) mayın 31-də “I am a young businessman” layihəsinin ikinci mərhələsini reallaşdırıb.
"I am a young businessman" layihəsinin ikinci mərhələsi reallaşdırıldı

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu (AzGF) və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Gənclər Təşkilatı (ADİU TGT) mayın 31-də "I am a young businessman" layihəsinin ikinci mərhələsini reallaşdırıb. Bu barədə Trend ATGTİ-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, layihənin ərizə qəbulu mərhələsində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Lomonosov adına Moskva Dövlət Universiteti və Toronto Universitetindən 200-ə yaxın ərizə qəbul edilib. Ərizə verənlərdən 24 nəfər isə "I am a young businessman" layihəsinin iştirakçısı olmaq şansını qazanıb.

Xatırladaq ki, "I am a young businessman" layihəsi 3 həftə boyunca davam edəcək və layihə çərçivəsində iştirakçılara təcrübəli təlimçilər tərəfindən layihə və biznes plan hazırlamağın qaydaları öyrədiləcək. Layihə tam olaraq ingilis dilində keçiriləcək. Sonda qalib gəlmiş biznes planın müəllifi mükafatlandırılacaq və həmin biznes planın reallaşdırılmasına şərait yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti