...

Tehran vilayətində 8 aeroport fəaliyyətini dayandıracaq

Cəmiyyət Materials 3 İyun 2013 15:50 (UTC +04:00)
İran İslam Respublikasının banisi ayətullah Xomeyninin vəfatının ildönümü ilə əlaqədar olaraq, iyunun 4-də hava limanları Tehran vilayətində bütün yerli və beynəlxalq reyslərin icrasını və qəbulunu müvəqqəti olaraq dayandıracaq.
Tehran vilayətində 8 aeroport fəaliyyətini dayandıracaq

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İran İslam Respublikasının banisi ayətullah Xomeyninin vəfatının ildönümü ilə əlaqədar olaraq, iyunun 4-də hava limanları Tehran vilayətində bütün yerli və beynəlxalq reyslərin icrasını və qəbulunu müvəqqəti olaraq dayandıracaq. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Məlumata görə, Tehran vilayətində fəaliyyət göstərən 8 aeroport çərşənbə axşamı yerli vaxtla saat 08:00-dan 12:00-dək bağlı olacaq.

İranda iyunun 4-də Xomeyninin vəfatının 24-cü ildönümünü qeyd ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti