...

YUNESKO-nun keçmiş rəhbəri Bakıya gəlir

Cəmiyyət Materials 12 İyun 2013 15:38 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə YUNESKO-nun 1987-1999-cu illərdəki baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının üzvü Federiko Mayor Saraqosa iyul ayında Bakıya səfərə gələcək.
YUNESKO-nun keçmiş rəhbəri Bakıya gəlir

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə YUNESKO-nun 1987-1999-cu illərdəki baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının üzvü Federiko Mayor Saraqosa iyul ayında Bakıya səfərə gələcək.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin əsas məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin və Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyət planının hazırlanması, eləcə də dünyanın bir sıra nüfuzlu qurumlarının dəstəyi ilə fəaliyyət göstərəcək Qlobal Liderlər Şurasının təsisinin elan olunmasıdır.

Səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşkil etdiyi Cənubi Qafqaz Forumunun növbəti fəaliyyət planının müəyyənləşdirilməsi də nəzərdə tutulur. F.M.Saraqosa bildirib ki, Cənubi Qafqaz Forumunun Bakı toplantısının böyük uğuru sivilizasiyalar alyansının qurulmasında böyük addım olacaq.

Qonaqların Diasporla İş üzrə Dövlət Komitəsində görüşlər keçirməsi də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti