...

Birinci xanım Mehriban Əliyeva “Ülviyyət” ictimai mükafatına layiq görülüb

Cəmiyyət Materials 14 İyun 2013 11:15 (UTC +04:00)
Ölkənin qadın ictimaiyyəti tərəfindən gələn çoxsaylı arzu və təklifləri nəzərə alaraq, Azərbaycan Qadınlarının IV Qurultayının iştirakçıları adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Ülviyyət" ictimai mükafatına layiq görülüb.
Birinci xanım Mehriban Əliyeva “Ülviyyət” ictimai mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ölkənin qadın ictimaiyyəti tərəfindən gələn çoxsaylı arzu və təklifləri nəzərə alaraq, Azərbaycan Qadınlarının IV Qurultayının iştirakçıları adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Ülviyyət" ictimai mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınlarının IV qurultayında çıxışı zamanı bildirib:

"Ülviyyət Mehriban Əliyevanın humanist missiyasının ayrılmaz parçasıdır. Mehriban Əliyeva ölkənin gələcəyi üçün böyük sədaqət və tükənməz sevgi ilə çalışır. Buna əsasən də Mehriban Əliyeva Azərbaycan qadınları tərəfindən "Ülviyyət" ictimai mükafatına layiq görülür və ona uzun ömür, can sağlığı, səmərəli fəaliyyətində sonsuz uğurlar arzulayırıq".

Bu gün Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilir.

Qurultay Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir və "İnkişaf naminə birlik" devizi altında təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti