...

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə 7-ci beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 20 İyun 2013 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

7-ci Beynəlxalq Konfransı Azərbaycan Respublikası, Bakı şəhərində 09-11 oktyabr 2013-cü il tarixlərində keçiriləcəkdir. AICT2013 Beynəlxalq Konfransı İKT-nin təhsildə və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarını dəvət edir. Bu barədə konfransın Təşkilat Komitəsindən daxil olan məlumatda deyilir.

Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkanda gətirməkdir. Adı çəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur akademik konfranslardan biri olacaq.

AICT2013 konfransı Azərbaycan Respublicası Rabitə və İnformasiya Texnologiyları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, İnformasiya Texnologiyaları İnstitutu, IEEE Azərbaycan bölməsi, İnformasiya Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya) və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun texniki dəstəyi ilə keçiriləcək.

AICT2013 Beynəlxalq Konfransının mövzuları (lakin növbəti sahələrlə məhdudlaşmır):
• İKT tətbiqində muasir nəaliyyətlər
• Böyuk verilərin idarəsi və tətbiqi
• Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi
• Kiber təhlükəsizlik problemləri
• Kommunikasiya, şəbəkə və avadanlıq
• Biznes, idarəetmə və iqtisadiyyatda İKT
• Dövlət xidmətlərində İKT
• Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT
• Tibb və səhiyyədə İKT
AICT2013 konfrans çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan bəziləri:
• 8-ci Beynəlxalq İnformasiya Təhlükəsizliyi Tədqiqat Konsorsium (IISRC) Konfransı;
• 27-ci Kompyuter Mühəndisliyi Bölmələri Müdirləri Beynəlxalq Sammiti;
• Koreyanın Beynəlxalq İnformasiya Texnologiyalarının Tədqiqat Mərkəzinin İntellektual İKT adlı simpoziumu (ITPA 2013).
Bir çox sahələrdə olduğu kimi Azərbaycan Respublikası İKT sahəsində də regionun aparıcı dövləti olaraq qalmaqdadır. Biz hesab edirik ki, AICT2013 Azərbaycanda İKT konfrans tarixində təşkilat səviyyəsinə və iştirakçı sayına görə əvəzsiz və maraqlı olmaqla İKT sahəsindəki nailiyyətlərin daha da artmasına xidmət edəcəkdir.
AICT2013 Beynəlxalq Konfransı haqqında daha ətraflı məlumat almaq üçün: http://www.aict.info
AICT2013 Konfransının Təşkilat Komitəsi,
Tel: +99412 4482862, +99412 4482863,
Fax: +99412 4482861,
E-mail: [email protected],
Website: www.aict.info/2013,
Qafqaz University,
Həsən Əliyev küç. 120, Xırdalan, AZ0101 AZƏRBAYCAN

Məqalədə:
Xəbər lenti

Xəbər lenti