...

Azərbaycanda təkrar buraxılış imtahanları keçirilir

Cəmiyyət Materials 25 İyun 2013 08:00 (UTC +04:00)
Bu gün ekstern qaydası ilə imtahan vermək istəyən və üzürlü səbəbə görə cari ilin buraxılış imtahanında iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanları keçiriləcək.
Azərbaycanda təkrar buraxılış imtahanları keçirilir

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Bu gün ekstern qaydası ilə imtahan vermək istəyən və üzürlü səbəbə görə cari ilin buraxılış imtahanında iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanları keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Azərbaycanda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən "2" qiymət alan şagirdlər üçün təkrar buraxılış imtahanları keçirilməyəcək. Lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər üçün buraxılış imtahanları keçiriləcək.

"Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 10 may tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"nda dəyişikliklər edilməsi haqqında" TQDK-nın 30 may 2013-cü il tarixli qərarına əsasən, ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən "2" qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlər bu qaydalar əsasında çıxarılır.

Qaydaya görə, buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası (buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürülür) hesablanır. Buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti