Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyun 2013-cü il tarixli əmrinə əsasən bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
Trend-in məlumatına görə, iyul ayının sonunadək davam edəcək çağırış müddətində vətəndaşlar Silahlı Qüvvələrə və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrə göndəriləcəklər.
Çağırışla əlaqədar iyunun 30-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında vətəndaşların həqiqi hərbi xidmət yerini öyrənə bilmələri üçün xüsusi bölmə yaradılıb. Vətəndaşlar http://seferberlik.gov.az/online/elektron/military linkinə daxil olmaqla təyin olunduqları hərbi hissəni öyrənə bilərlər.
Eyni zamanda, dövlət başçısının əmrinə əsasən bu gündən etibarən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.