...

“Bibiheybətneft” NQÇİ-nin ərazisində radiasiya monitorinqi aparılıb

Cəmiyyət Materials 3 İyul 2013 10:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Bu günlərdə ARDNŞ-ın Ekologiya İdarəsi Azərbaycan Milli Elmlər Akademiyasının Radiyasiya Problemləri İnstitutu ilə birgə əməkdaşlıq cərcivəsində Ekoloji Monitorinq Departamentinin və institutun əməkdaşlarının iştirakı ilə "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisindəki rekultivasiya və bərpa işləri tam başa çatmış yerlərdə, qurğu və avadanlıqların ətrafında radiasiya fonunun durumu tədqiq edilib.

Trend-in Ekologiya İdarəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, radiasiya fonunun tədqiqi müasir və müvafiq sertifikatlı ABŞ-nın "Canberra" firmasının istehsalı olan "İnspektor-1000" markalı qamma dozimetr-spektrometr avadanlığının köməyi ilə həyata keçirilib.

"Bibiheybətneft" NQÇİ-nin ərazisində aparılan radiasiya monitorinqi zamanı müəyyən edilib ki, sözügedən ərazilərdə ekspozisiya dozasının gücü aşağıdır və 5-7 μR/saat təşkil edir. Doza gücünün belə həddi təbii qamma şüalanmasının qiymətinə müvafiqdir. Ekologiya İdarəsi AMEA-nın Radiyasiya Problemləri İnstitutu ilə birgə monitorinqləri gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti