...

Mutlu: Gezi Parkı açıqdır və xalqa açıq olmaqda davam edəcək

Cəmiyyət Materials 9 İyul 2013 03:29 (UTC +04:00)
İstanbul valisi Hüseyin Avni Mutlu jurnalistlərə müsahibəsində deyib ki, Gezi Parkı açıqdır və xalqa açıq olmaqda davam edəcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Mutlu parkda toplantı və nümayişlərin keçirilməsinin qanunlara zidd olduğunu bildirib.
Mutlu: Gezi Parkı açıqdır və xalqa açıq olmaqda davam edəcək

Azərbaycan, Bakı, 9 iyul /Trend/

İstanbul valisi Hüseyin Avni Mutlu jurnalistlərə müsahibəsində deyib ki, Gezi Parkı açıqdır və xalqa açıq olmaqda davam edəcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Mutlu parkda toplantı və nümayişlərin keçirilməsinin qanunlara zidd olduğunu bildirib.

"Əlbəttə ki, park yenə də açıqdır və xalqa açıq olmaqda davam edəcək. Amma bu gün bildirdiyim kimi, parkın bir etiraz mərkəzinə çevrilməsinə imkan verilməyəcək. Bu park uşaqlara, yaşlılara, gənclərə, qadınlara, bir sözlə, xalqımıza aiddir. Təəssüflər olsun ki, bu gün yenidən baş verənlər xoşagəlməz mənzərənin yaranmasına səbəb olub" - deyə Mutlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti