...

İrana avtomobillə gedən Azərbaycan vətəndaşlarının gömrükdə uzun müddət gözləmələrinin səbəbi açıqlanıb

Cəmiyyət Materials 13 İyul 2013 12:08 (UTC +04:00)
Minik avtomobilləri ilə İran ərazisinə daxil olan zaman Azərbaycan vətəndaşlarının uzun müddət gözləmələrinin və gecikmələrinin səbəbi açıqlanıb.
İrana avtomobillə gedən Azərbaycan vətəndaşlarının gömrükdə uzun müddət gözləmələrinin səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İzzət/

Minik avtomobilləri ilə İran ərazisinə daxil olan zaman Azərbaycan vətəndaşlarının uzun müddət gözləmələrinin və gecikmələrinin səbəbi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə İranın Astara və Biləsuvar gömrük idarələrində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında keçirilən ikitərəfli görüşlərdə qeyd edilib.

Görüşdə Azərbaycanda daimi qeydiyyatda olan yüngül avtonəqliyyat vasitələrinin İran ərazisinə daxil olmaları zamanı yaranan problem qarşı tərəfə deyilib. Qarşı tərəf bildirib ki, bunun əsas səbəbi İran ərazisinə daxil olan yüngül avtonəqliyyat vasitələrinə tətbiq edilən sığortaları yazan şirkətlərlə bağlıdır. Belə ki, qeyd edilən şirkətlərin lisenziyalarının vaxtaşırı bitməsi ilə bu cür problemlər meydana çıxır. Bununla əlaqədar İran tərəfi yaxın zamanda problemin həll ediləcəyini bildirib.

Hər iki görüş zamanı tərəflərin gömrük buraxılış məntəqələrinin rəhbərləri aidiyyəti məsələlərin müzakirəsində yaxından iştirak edib və mövcud problemlərin əməkdaşlıq yolu ilə birgə həlli istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini vurğulayıblar.

Qeyd edək ki, keçirilən görüşlərdə Azərbaycan tərəfdən Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev, İran tərəfindən isə İqtisadiyyat və Maliyyə İşləri Nazirliyi Beynəlxalq Əməkdaşlıq və İctimai Əlaqələr İdarəsinin baş direktoru M.H.Bağhenayat iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti