...

Bu il Azərbaycanda 680 nəfər qidadan zəhərlənib

Cəmiyyət Materials 17 İyul 2013 12:54 (UTC +04:00)
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 589 qida zəhərlənməsi baş verib. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.
Bu il Azərbaycanda 680 nəfər qidadan zəhərlənib

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 589 qida zəhərlənməsi baş verib. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, qida zəhərlənməsi nəticəsində 680 nəfər zəhərlənib. Bu müddətdə 14 botulizm hadisəsi baş verib. Nəticədə 18 nəfər zərər çəkib. Zəhərlənmə hadisələrinin hamısı məişət şəraitində baş verib. Ümumilikdə qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.

İ.Abdullayev qeyd edib ki, 1 qida zəhərlənməsi zamanı 5 nəfərin zəhərlənməsi kütləvi zəhərlənmə hesab olunur.

Mərkəz rəsmisinin dediyinə görə, bu il ərzində baş verən qida zəhərlənmələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artmayıb. O, qeyd edib ki, həyət toylarının çox olması zəhərlənmə hadisələrinin sayını artıra bilər. Çünki belə toylarda ev şəraitində hazırlanan yeməklərdən istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti