...

Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbuluna başlayır

Cəmiyyət Materials 19 İyul 2013 14:09 (UTC +04:00)
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2013/2014-cü tədris ili üçün bakalavr səviyyəsi üzrə tələbə qəbulu elan edir.
Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbuluna başlayır

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2013/2014-cü tədris ili üçün bakalavr səviyyəsi üzrə tələbə qəbulu elan edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, filologiya ixtisası üzrə (rus və xarici filologiya) 25 yer (rus filologiyası üzrə 7 yer, xarici filologiya (ingilis, italyan) üzrə 18 yer), tətbiqi riyaziyyat üzrə 25 yer, kimya üzrə 25 yer, psixologiya üzrə 25 yer, iqtisadiyyat üzrə 25 yer ayrılıb.

Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.

Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq.

Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris plan və proqramları əsasında həyata keçirilir. Tədris, əsasən, Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim ediləcək. Sənədlər 16 iyul - 7 avqust tarixlərində qəbul olunacaq. Qəbul imtahanları 8-12 avqust tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti