...

İsrafil Məmmədov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib

Cəmiyyət Materials 24 İyul 2013 15:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyul 2013-cü il tarixli 3014 nömrəli Sərəncamı ilə İsrafil Aydın oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilmişdir.
İsrafil Məmmədov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyul 2013-cü il tarixli 3014 nömrəli Sərəncamı ilə İsrafil Aydın oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilmişdir.

Fonddan Trend-ə bildiriblər ki, İsrafil Məmmədov bu vaxtadək Azərbaycan Respublikası Dövlət Neft Fondunun Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışıb.

Daha öncələr həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq İqtisadi Əlaqələr İdarəsinin attaşesi, Azərbaycan Respublikasının Böyük Britaniyada və Şimali İrlandiya Krallığındakı səfirliyində birinci, ikinci, üçüncü katib, Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifələrində çalışıb.

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti