...

Bədbəxt hadisənin baş verdiyi "Nabran" istirahət mərkəzinin lisenziyası ləğv edilib

Cəmiyyət Materials 24 İyul 2013 16:48 (UTC +04:00)
Xaçmaz rayonu ərazisində yerləşən "CTF" firmasına məxsus "Nabran" istirahət mərkəzində baş vermiş bədbəxt hadisənin səbəblərini araşdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Monitorinq komissiyası hadisə yerinə ezam olunub.
Bədbəxt hadisənin baş verdiyi "Nabran" istirahət mərkəzinin lisenziyası ləğv edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir M.Əliyev/

Xaçmaz rayonu ərazisində yerləşən "CTF" firmasına məxsus "Nabran" istirahət mərkəzində baş vermiş bədbəxt hadisənin səbəblərini araşdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış Monitorinq komissiyası hadisə yerinə ezam olunub.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, müəssisənin fəaliyyətini, mövcud şəraiti, təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunmasını və s. göstəriciləri ətraflı araşdıran komissiya bu sahədə ciddi nöqsanlar aşkar etmiş və müəssisənin fəaliyyətinin dayandırılmasını tövsiyə etmişdir. Bununla əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onun fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi barədə əmr verilmişdir.

Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən müvafiq müəssisələrdə hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlanmış və 5 gün ərzində icra olunmasını təmin etmək məqsədilə sahibkarlara göndərilmişdir. Qaydalar icra olunmadığı təqdirdə müəssisə turistlərin təhlükəsizliyinin təmin edilməməsi səbəbilə müvafiq sanksiyalara məruz qalacaqdır. Belə olan halda hətta müəssisənin fəaliyyətinə xitam da verilə bilər.
Bu qaydalara əməl olunmasına nəzarət Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən "məxfi qonaq" sistemi üzrə həyata keçiriləcəkdir.

Sahibkarları rəhbərlik etdikləri müəssisələrdə təhlükəsizlik qaydalarına və digər müvafiq tələblərə riayət olunmasını təmin etməyə, turistləri isə tələb olunan qaydalara ciddi əməl etməyə çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti