Azərbaycan, Bakı, 25 iyul /Trend/
Ermənistan hökumətinin inzibati binası önündə ictimai nəqliyyatda gediş haqqı tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçirilir.
Trend-in Ermənitsan KİV-ə istinadən verdiyi məlumata görə, aksiya iştirakçılarının sayı durmadan artır.
Aksiya iştirakçıları Yerevan meriyasına da yürüş etməyi planlaşdırırlar. Aksiyaların bundan sonra paytaxtın müxtəlif hissələrində davam edəcəyi gözlənilir.
İştirakçılar vətəndaşları gediş haqqına görə 150 dram ödəməməyə çağırırlar.