Azərbaycan, Bakı, 30 iyul / Trend/
Təmir işləri ilə əlaqədar 30 iyul 2013-cü il tarixdə saat 09:00-dan "Cəfərabad" Avtomatik Qazpaylayıcı Stansiyasında, "Bərdə", "Kətəlparaq", "Kövər", "Ağcabədi", "Beyləqan", "Allahyarlı", "Yevlax-1", "Aran" Qazpaylayıcı stansiyalarında, "Bərdə", "Horadiz", "Əhmədbəyli", "Quzanlı", "Kövər" Qaztənzimləyici məntəqələrində, "Tərtər" Qazpaylayıcı Stansiyasından qidalanan "Tərtər" ölçü qovşağında, "Cəyirli", "Cırdaxan" ölçü qovşaqlarında, "Azadqaraqoyunlu" Qazpaylayıcı Stansiyasından qidalanan "Tərtər-2" və "Ağdam 4 yol" ölçü qovşaqlarında, saat 09:00-dan 18:00-dək "Quba", "İsmayıllı", "Talıstan" Qazpaylayıcı stansiyalarında, saat 10:00-dan 18:00-dək "Ucar" və "Qazax" Qazpaylayıcı stansiyalarında, "Ağköynək", Avtomatik Qazpaylayıcı stansiyasında, "Əskipara" Avtomatik Qazpaylayıcı stansiyasından qidalanan "Əskipara-2" qaz kəmərində, "Bakıxanov" orta təzyiqli qaz kəmərində, "Alatava" Qazpaylayıcı Stansiyasından qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 19:00-dək "Ramanı" ölçü qovşağından qidalanan əhali kollektorunda, saat 14:00-dan 17:00-dək "Alko LTD" ölçü qovşağında, saat 14:00-dan 18:00-dək isə "Qusar" Qazpaylayıcı Stansiyasından Qusar şəhərinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Trend ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Beyləqan, Ucar, Quba, Şəki, Qazax rayonlarına, Yevlax, Xətai, İsmayıllı rayonlarının bir hissəsinə, Qusar şəhərinə, Sabunçu rayonunun Bakıxanov və Ramanı qəsəbələrinə, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara təbii qazın verilməsində fasilələr yaranacaq.