Azərbaycan, Bakı, 31 iyul /Trend /
Son on ildə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkəmizdə ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti təqaüdü institutu formalaşmışdır. Bu barədə çərşənbə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu müddətdə 34 961 nəfərə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən Prezident təqaüdləri təyin olunub.
Həmin təqaüdlərin orta aylıq məbləği 116,4 manatdır. Son on ildə Şəhid ailələrinə verilən Prezident təqaüdlərinin orta məbləği 60,5 faiz, müharibə əlillərinə verilən Prezident təqaüdlərinin orta məbləği 10 faiz, Prezidentin fərdi təqaüdlərinin orta aylıq məbləği isə 5 dəfə artıb.