...

Azərbaycanda 75 nəfərin hakimliyə namizəd məsələsinə qiymət veriləcək

Cəmiyyət Materials 1 Avqust 2013 12:51 (UTC +04:00)
Qeyd edək ki, bu mərhələyədək keçirilmiş müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilib və bütün hakimliyə namizədlər hakim vəzifəsinə təyin olunmağa layiq biliniblər.
Azərbaycanda 75 nəfərin hakimliyə namizəd məsələsinə qiymət veriləcək

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İ.İzzət/

Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək 1 il müddətində davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş 75 hakimliyə namizəd son mərhələyə çatıb. Onlar Məhkəmə Hüquq Şurasında söhbətdən keçəcəklər. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Apellyasiya Məhkəməsinin və Hakimlərin Seçki Komitəsinin (HSK) sədri İman Nağıyev bildirib.

İ.Nağıyevin sözlərinə görə, son mərhələdən sonra həmin şəxslərin hakim vəzifəsinə təyin olunması üçün dövlət başçısına təqdimat veriləcək.

Qeyd edək ki, bu mərhələyədək keçirilmiş müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilib və bütün hakimliyə namizədlər hakim vəzifəsinə təyin olunmağa layiq biliniblər.

Xatırladaq ki, buna qədər 75 nəfər hakimliyə namizəd 5 müxtəlif seçim mərhələsindən keçmişdi.

İman Nağıyev, həmçinin ölkə üzrə apellyasiya məhkəmə instansiyalarının hakimlərinin sayının artırılması prosesinin də davam etdirildiyini bildirib. Məsələn, onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakimlərin sayı 48 nəfərdən 53 nəfərə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti