...

II ixtisas qrupu üzrə minimal keçid balı 150-yə salındı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Avqust 2013 16:19 (UTC +04:00)
Azərbaycanda II ixtisas qrupu üzrə qəbul imtahananın nəticələrinə əsasən, ixtisas seçimində keçid balı əvvəldən nəzərdə tutulmuş 250 baldan 150 bala salınıb.
II ixtisas qrupu üzrə minimal keçid balı 150-yə salındı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Azərbaycanda II ixtisas qrupu üzrə qəbul imtahananın nəticələrinə əsasən, ixtisas seçimində keçid balı əvvəldən nəzərdə tutulmuş 250 baldan 150 bala salınıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, II ixtisas qrupu üzrə ixtisas seçimində müsabiqə şərtlərini ödəmiş - ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçimi avqustun 6-dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti