...

Təhsil Nazirliyi orta məktəblərdə kişi müəllimlərin azlığının səbəbini açıqlayıb

Cəmiyyət Materials 20 Avqust 2013 10:57 (UTC +04:00)
Məlumata görə, hazırda Azərbaycanda müəllimlərin 76,27 faizi qadınlardır. Cari ildə işə qəbul üzrə müsabiqəyə müraciət edənlərin 70 faizi qadınlardır.
Təhsil Nazirliyi orta məktəblərdə kişi müəllimlərin azlığının səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə kişi müəllimlərin azlığının səbəbini açıqlayıb. Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, kişi müəllimlərin azlığına əmək haqqı ilə yanaşı, digər amillər də təsir edir. Bunlar özəl sektorda çalışmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və bu kimi digər məsələlərlə bağlıdır.

Məlumata görə, hazırda Azərbaycanda müəllimlərin 76,27 faizi qadınlardır. Cari ildə işə qəbul üzrə müsabiqəyə müraciət edənlərin 70 faizi qadınlardır: "Ümumtəhsil məktəblərində müəllimlərin əksəriyyətini qadınların təşkil etməsi bütün ölkələr, o cümlədən Azərbaycan üçün səciyyəvidir. Lakin bu amilin şagirdlərə, onların davranışına psixoloji təsirləri (müsbət və ya mənfi) barədə əsaslı tədqiqatlar aparılmayıb. Ona görə də qadın müəllimlərin məktəblərdə üstünlük təşkil etməsinin birmənalı olaraq mənfi göstərici kimi qiymətləndirilməsi düzgün olmazdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti